...Qızıl qiymətləri son bir həftə ərzində demək olar ki, beş faiz ucuzlaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters agentliyi ayrıca qeyd edib ki, bu, son üç ilin ən böyük enişidir.
Nəşrin müsahibə verdiyi ekspertlər qiymətli metalın ucuzlaşmasını ABŞ dollarının möhkəmlənməsi ilə əlaqələndiriblər.
Prezident Donald Tramp yenidən seçkilərdə qalib gəldikdən sonra onlar inflyasiyanın artacağını və Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin azalacağını gözləyirlər.
Kinesis Money bazarının analitiki Carlo Alberto De Casa bildirib ki, Trampın seçkilərdəki qələbəsi indiyədək qızılın qiymətinə mənfi təsir edib, lakin bu vəziyyət gələcəkdə dəyişə bilər.
Çərşənbə axşamı, noyabrın 12-də qiymətli metalın qiyməti bir unsiya üçün 2,8 min dollardan aşağı olub. Eyni zamanda, platinin, palladiumun və gümüşün qiyməti ucuzlaşıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə