Şimali Koreya Cənubi Koreya ilə əlaqələrini kəsəcəyini açıqlayıb

Şimali Koreya Cənubi Koreya və ABŞ-ın hərbi əməliyyatları səbəbindən bu gündən etibarən Cənub ilə bütün quru və dəmiryol əlaqələrini kəsəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya xəbər agentliyi "KCNA"nın məlumatına görə, Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada oktyabrın 9-dan etibarən sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin kəsiləcəyi, sərhəd bölgələrinin müdafiə strukturları ilə.möhkəmləndiriləcəyi bildirilib.

Açıqlamada Cənubi Koreyanın hərbi təlimləri və ABŞ-ın bəzi nüvə varlıqlarının bölgəyə səfəri ilə əlaqədar Koreya yarımadasındakı hərbi vəziyyətin kəskinləşdiyi və buna qarşı daha qətiyyətli və daha güclü tədbirlərin görüldüyü bildirilib.

Açıqlamada Şimali Koreya ordusunun Cənubda yerləşən ABŞ əsgərlərinə telefon mesajı ilə istehkam fəaliyyətini elan etdiyi və bunun fəaliyyətin yanlış anlaşılması və təsadüfi qarşıdurma riskinin qarşısını almaq məqsədi daşıdığı bildirilib. Amerikanın Cənubi Koreyadakı hərbi varlığı 1950-53 Koreya Müharibəsindən bəri davam etsə də, ölkədə hələ də 28 min Amerika əsgəri var. Şimali və Cənubi Koreya arasındakı ayrılıq Soyuq Müharibənin həll olunmamış bölmələrindən biri olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə