Uşaq internat məktəbinin aşpazı saxlanılıb

Mən də elə bildim aşpaz qadın bizimkilər kimi, işlədiyi internat məktəbindən “produk”dan, zaddan oğurlayıb…

...Ötən gecə qarın nahiyəsindən bıçaq yarası alan 59 yaşlı kişi şəhər xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

SİA-nın əldə etdiyi məlumata görə, həmin gün zərərçəkmişin həyat yoldaşı saxlanılıb.

...Sankt-Peterburqdakı Petrodvortsovy rayonunun sakini ərinə ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinir.

Zərərçəkənin oğlu müstəntiqlərə atasının təsadüfən özünə xəsarət yetirdiyini deyib.

Amma istintaq müəyyən edib ki, əslində Sankt-Peterburq sakininin yaralanmasına onun uşaqlar üçün internat məktəbində aşpaz işləyən 56 yaşlı həyat yoldaşı səbəb ola bilər.

Hazırda qadın müvəqqəti saxlama təcridxanasındadır. Onun barəsində cinayət işi açılıb.

P.S: Mən də elə bildim aşpaz qadın bizimkilər kimi, işlədiyi internat məktəbindən “produk”dan, zaddan oğurlayıb…

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə