...Ötən gecə qarın nahiyəsindən bıçaq yarası alan 59 yaşlı kişi şəhər xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
SİA-nın əldə etdiyi məlumata görə, həmin gün zərərçəkmişin həyat yoldaşı saxlanılıb.
...Sankt-Peterburqdakı Petrodvortsovy rayonunun sakini ərinə ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinir.
Zərərçəkənin oğlu müstəntiqlərə atasının təsadüfən özünə xəsarət yetirdiyini deyib.
Amma istintaq müəyyən edib ki, əslində Sankt-Peterburq sakininin yaralanmasına onun uşaqlar üçün internat məktəbində aşpaz işləyən 56 yaşlı həyat yoldaşı səbəb ola bilər.
Hazırda qadın müvəqqəti saxlama təcridxanasındadır. Onun barəsində cinayət işi açılıb.
P.S: Mən də elə bildim aşpaz qadın bizimkilər kimi, işlədiyi internat məktəbindən “produk”dan, zaddan oğurlayıb…
Nazlı Almuradova