Gündəlik həyata çox təsir edən və həyat keyfiyyətimizi aşağı salan problemlərdən biri olan diş ağrısının meydana gəldiyi vəziyyəti ciddiyə almalıyıq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, diş ağrısı yarandıqda ilk iş mütəxəssis həkim tərəfindən müayinədən keçməkdir. Ancaq diş ağrısı meydana gəldiyində, həkim müayinəsinə qədər diş ağrısını aradan qaldıracaq təbii üsullar var. Ağrıyan dişin ağrısını aradan qaldırmaq istədiyiniz zaman bu təbii üsullardan istifadə edə bilərsiniz. Diş ağrısından qurtulmağın təbii üsulları aşağıdakılardır:
Diş ağrısından tez bir zamanda xilas olmaq və özünü rahat hiss etmək istəyənlər üçün ilk təbii üsul çörək sodasıdır. Çörək soda təbii antiseptik və antibakterialdır. Diş ağrısını soda ilə aradan qaldırmaq üçün bir stəkan ilıq suya yarım çay qaşığı soda qoyub bir neçə dəqiqə ağzınızı belə yaxalaya bilərsiniz.
Mixək: Diş ağrısına yaxşı gələn digər təbii üsul mixəkdir. Mixək ağızda ağrıya səbəb olan bakteriyaları təmizləməyə kömək edəcək. Həm də təbii ağrıkəsici olduğu üçün ağrılı nahiyəni azacıq uyuşduraraq ağrıları aradan qaldırır. Ağrıyan dişinizin arasına mixək salıb, bir az əzmək və 15 dəqiqə orada saxlamaq kifayət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə