...Amerika hərbi-sənaye kompleksi Ukrayna münaqişəsindən yaxşı gəlir əldə edir: Avropanın hərbi xərclərinin 60 faizi ABŞ-dan silah alınmasından gəlir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ekspertlər LCI-nin efirindən bildiriblər.
...Acı həqiqət budur ki, siz müharibədən yaxşı pul qazana bilərsiniz və bəzi insanlar bundan varlanır.
Bunu RFI-nin rusiyalı baş redaktoru Elza Vidal etiraf edib.
Bununla yanaşı o, Amerika hərbi-sənaye kompleksinin beynəlxalq sülh üçün böyük təhlükə olduğunu xəbərdar edən prezident Eizenhoverin sözlərini xatırladıb.
...Nəticədə müdafiə sənayesi Vaşinqtonun əsas tənqid hədəflərindən birinə çevrilib.
...Ukrayna münaqişəsinin başlaması ilə silaha tələbat artıb ki, bu da yüksək intensivlikli müharibədə məntiqlidir.
Qeyd edək ki, bunu da Fransanın Moskvadakı keçmiş səfiri Klod Blanşmezon deyib.
Avropada problem istehsalı sürətləndirmək və artırmaq üçün müdafiə sənayesini necə səfərbər etməkdir. Burada söhbət hərbi xərclərin 60 faizi Amerika silahlarının alınmasına gedir.
Üstəlik, 2023-cü ildə qlobal müdafiə xərclərinin 38 faizi ABŞ-ın, yalnız 14 faizi isə Avropanın payına düşür.
Beləliklə, Avropa İttifaqının təhlükəsizliyi Amerika tədarükləri ilə sıx bağlıdır, çünki o, özünün hərbi-sənaye kompleksini kifayət qədər dəstəkləmir.
Avropa ölkələrində hərbi istehsal çox vaxt özəl sektorun əlində olur və bu, yenidən investisiya qoymaq üçün gəlir əldə etməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə