...Bağdadda kor xəlifə,..Rusiyada da bunlar?

Rusiyada bütün məhkəmə icraçılarına güc, xüsusi texnika və silahdan istifadə etməyə icazə verilib

...Rusiya hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarına fiziki güc, xüsusi texnika və silahlardan istifadə etməyə icazə veriləcək. Dövlət Duması müvafiq qanun layihəsini çərşənbə günü ikinci və üçüncü oxunuşlarda təsdiqləyib. Əvvəllər məhkəmə icraçıları bu hüquqa yalnız məhkəmələrdə asayişi təmin edərkən malik idilər.

Bundan əlavə, yeni qanuna əsasən, bütün məhkəmə icraçıları mümkün hüquqpozmaların qeydə alınması üçün foto və video çəkilişlər, eləcə də səs yazıları çəkmək hüququna malik olacaqlar.

Məhkəmə icraçılarından güc və ya silahdan istifadə etmək niyyəti barədə xəbərdarlıq etmələri, habelə onların hərəkətlərindən zərər çəkmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsini təmin etmələri tələb olunacaq. Eyni zamanda, qanun layihəsində qeyd olunur ki, zor, xüsusi vasitə və ya silahdan qanuni şəkildə istifadə edilərkən vətəndaşlara və təşkilatlara dəymiş zərərə görə məhkəmə icraçıları məsuliyyət daşımayacaq.

Məhkəmə icraçılarına həbsdə, polis bölməsinə və ya məhkəməyə verilərkən, habelə məcburi deportasiya edilmiş əcnəbiləri apararkən hücumu dəf etmək və müqaviməti yatırmaq üçün fiziki qüvvədən və xüsusi vasitələrdən istifadə etməyə icazə verilir.

Xüsusi vasitələr rezin dəyənəklər, qandallar, səs-küylü tapançalar və gözyaşardıcı qazlardır. Onlardan hamilə qadınlara, uşaqlara və əlillərə qarşı, habelə zorakılıq xarakteri daşımayan qanunsuz hərəkətlər etmiş şəxslərə qarşı istifadə edilməsi qadağandır.

Yeni qanun məhkəmə icraçılarına məhkəmə proseslərinin iştirakçılarını qorumaq, hücumları dəf etmək, qaçışların qarşısını almaq və ağır cinayətlər törətmiş şəxsləri həbs edərkən odlu silahdan istifadə etməyə icazə verir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsi ilə bağlı qanun layihəsi aprel ayında Dövlət Dumasına təqdim edilib və bundan əvvəl Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə