Tez-tez qətl xəbərləri ilə gündəmə gələn ABŞ polisi yeni qalmaqal yaradıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İllinoys ştatında qaradərili qadın kimsə onun bağına girdiyi üçün evinə çağırdığı polis tərəfindən başından vurularaq öldürülüb.
ABŞ-da yenidən polis zorakılığı yaşanıb. 36 yaşlı Sonya Massey gecə 911-ə zəng edərək iyulun 6-da kiminsə onun bağına girdiyini iddia edərək polisə xəbər verib. Ştat polisinin yaydığı bədən kamerasının görüntülərinə görə, Sanqamon dairəsinin şerifinin müavini Şon Qreyson və bir polis məmuru hadisə yerinə gəlib, həyətdə axtarış aparıblar və sonra Masseyin qapısını döyüblər.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, saxlanılan 30 yaşlı Sean Grayson, ona qarşı birinci dərəcəli qətl və vəzifə pozuntusu ittihamlarını rədd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə