Tryudo Ukraynanı məsuliyyətə cəlb etməyə çağırıb, amma...

Kanadanın baş naziri Castin Tryudo açıq şəkildə bəyan edib ki, “Ukrayna məsuliyyətə cəlb olunmalıdır”...

Və bundan sonra o, səhvinə görə dərhal üzr istəyib.

SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, kanadalı siyasətçi G7 ölkələrinin İtaliyada keçirdiyi mətbuat konfransı zamanı dilini sürüşdürüb.

Çıxışında o, Rusiyanı məsuliyyətə cəlb etmək üçün səylərini davam etdirmək niyyətindən danışacaq, əvəzində Ukraynanın adını çəkib.

Daha sonra Tryudo, Kanadanın G7-nin ümumi krediti çərçivəsində Ukraynaya 5 milyard Kanada dolları və ya təxminən 3,6 milyard dollar ayırmaq niyyətində olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, Ottava yaxın vaxtlarda Kiyevə 4 zirehli tibbi evakuasiya maşını təhvil verəcək və Ukrayna Silahlı Qüvvələri ümumilikdə 50 belə maşın alacaq.

Qeyd edək ki, 2024-cü ilin mayında Kanada hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etdi.

Ölkənin Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqda ittiham edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə