Fransada çeçen diasporunun 10 nümayəndəsi saxlanılıb

Fransada polis ölkənin12 şəhərdə geniş əməliyyat keçirib. ...Və çeçen diasporunun 10 nümayəndəsi saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “France-3” yayıb.

Qeyd olunur ki, bu, 4 il əvvəl müəllim Samuel Patinin qətli ilə bağlıdır. Maraqlıdır ki, hadisənin etnik çeçen tərəfindən törədildiyi məlum olub. Bu iş üzrə istintaq başa çatıb. Halbuki, indiki xüsusi əməliyyat zamanı saxlanılanlar arasında bu qətli törədən ən azı bir nəfər də olub.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında 18 yaşlı çeçen Abdulaxan Anzorov müəllimlik edən Patinin başını kəsmişdi. Hücuma səbəb söz azadlığı dərsləri olub. Belə ki, müəllim şagirdlərə “Charlie Hebdo” jurnalından Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirib.

Həmən vaxt həbs olunarkən Anzorov polis əməkdaşları tərəfindən öldürülmüşdü.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə