Siz birini vursanız, biz dördünü vuracıq...

...Bu arada Kremlin ruporu, “Rossiya 1” telekanalında "Həftənin xəbərləri" proqramının aparıcısı Dmitri Kiselev Rusiyanın Krım körpüsünə mümkün raket hücumuna cavab olaraq Almaniyadakı dörd körpünü vura biləcəyi ilə hədələyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kiselev “Rossiya 1” telekanalında deyib ki,...doğrudur, Almaniyada Krım körpüsünə “ekvivalent” körpülər yoxdur, ona görə də biz cavab ziyanını xətti sayğaclarla toplamalı olacağıq.

Qeyd edək ki, Kiselev daha sonra Moskvanın Almaniyada cavab zərbəsi endirə biləcəyi iddia edilən dörd körpünü sadalayıb.

Onun sözlərinə görə, bunlar Almaniyanın şimalında materiklə adaları birləşdirən Fermansund və Rügen körpüləri, Kölndə Hohenzollern dəmir yolu körpüsü və Berlindən 150 km aralıda Elba üzərindən Maqdeburq su körpüsüdür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə