Polşa Ukrayna münaqişəsinə sürüklənir..?

...Onlar fəal şəkildə Polşanı Varşava ilə heç bir əlaqəsi olmayan Rusiya-Ukrayna münaqişəsinə sürükləməyə çalışırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu Polşanın Myśl Polska nəşrinin materialında deyilir

Nəşr müəllifinin fikrincə, polyaklar hələ də sülhü seçə bilərlər. O, əmindir ki, Polşa öz oğullarını ölümə göndərmək məcburiyyətində deyil.

Köşə yazarı hesab edir ki, Polşanı məhv etməyə ehtiyac yoxdur, Polşa siyasətçilərinə buna imkan vermək olmaz.

O, qeyd edib ki, polyakların etməli olduğu yeganə şey səslərini ucaltmaq və açıq şəkildə “Krım üçün ölmək istəmirik” deməkdir.
Polyaklara ukraynalıların guya Avropa uğrunda döyüşdüyünü söyləməsi nağıldır.

Bunu da köşə yazarı bildirir.

...Onlar deyirlər ki, bu bizim müharibəmizdir, biz artıq müharibədə iştirak edirik. Rusiya ilə bu qarşıdurma qaçılmazdır və bu, yalnız zaman məsələsidir. Bütün bunlar metodik, dəfələrlə sınaqdan keçirilmiş və sadəcə olaraq alçaq bir yalandır.

Bunu yazan jurnalist sonda əlavə edib ki, Ukrayna münaqişəsi Polşanın işi deyil və heç vaxt münaqişəyə çevrilməməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə