Alzheimer xəstəliyinin əlaməti yalnız unutqanlıq deyil

Alzheimer xəstəliyi son illərdə sürətlə artmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qlobal sağlamlıq problemi olan xəstəlik son illərdə daha çox artıb.

Nevrologiya mütəxəssisi Dr. Faik İlik deyib: "Yaş irəlilədikcə koqnitiv funksiyalarda geriləmə ola biləcəyi üçün unutqanlıq qaçılmazdır. Əgər insan öz unutqanlığının fərqindədirsə, burada alzheimer xəstəliyindən söhbət gedə bilməz. Xəstə unutduğunu belə unudursa, günlük işlərini görməkdə çətinlik çəkirsə, bu, alzheimer xəstəliyinin əlamətləridir. Bəhs edilən bu unutqanlıqlar günlük həyatı davam etdirə bilməyəcək şəkildə olmalıdır".

Həkim əlavə edib ki, obsesif kompulsif pozuntusu olan insanlarda alzheimer xəstəliyi riski daha yüksəkdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə