"Yaxın vaxtlarda döyüşlər intensivləşəcək" - Aleksandr Kovalenko

Yaxın vaxtlarda Donetsk vilayətinin Uqledar rayonunda döyüşlər intensivləşəcək. SİA xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

"Biz rusların Baxmut yaxınlığında həm qərb, həm də cənubda, Kleşiyevka və Andreyevka istiqamətində aktivləşməsini görürük. Marinka bölgəsindəki hərbi əməliyyatlar da intensivləşir. Yaxın vaxtlarda Uqledar yaxınlığında döyüşlər intensivləşəcək. Bunu Rusiya komandanlığı üçün ehtiyat plan adlandırmaq olar. Andreyevkanı Yeni ilə və ya Rusiyada seçkilərə qədər ələ keçirmək vəzifəsini yerinə yetirə bilməsələr, bu istiqamətlərin bəzilərində uğur qazanmaq imkanları olacaq", - Kovalenko bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə