Ərdoğan BMT-də islahatlara çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyma qərarına görə kəskin tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək BMT-də islahatlara ehtiyac olduğunu açıqlayıb.

...Təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurası bir daimi üzv - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil.

Bunu bildirən Türkiyə lideri, “BMT-də mütləq islahatlar aparılmalıdır”, deyə vurğulayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə