Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sport-Ekspress” qəzetinə bildirib ki, rusiyalı idmançıların bitərəf statusda buraxıldıqları 2024-cü il Olimpiadasına gedib-getməməsi ilə bağlı qərarı idmançılar özləri verəcək.
...İdmançılar Parisdəki Olimpiya Oyunlarına getməlidirlərmi? Buna idmançıların özləri və peşəkar ictimaiyyət qərar verəcək, -deyən diplomatın sözlərinə görə, meyarların gec dərc olunması onu təəccübləndirmir.
Bunu edənlərin məqsədinin bizə hər şeydə mümkün qədər çox zərər vermək olduğunu bilirəm.
SİA-nın əldə etdiyi məlumata görə, dekabrın 8-də məlum olub ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Federasiyası və Belarus idmançılarına 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadaya neytral statusda və “sərt şərtlərlə” buraxılıb.
...Eyni zamanda, Rusiya idmançılarının komanda idman növləri üzrə Oyunlarda iştirakına icazə verilməyəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB