İsrailin Qəzzada həyata keçirəcək sonrakı planları...

...İsrail HƏMAS-a qarşı bir il və ya daha çox davam edəcək hərbi kampaniya planlaşdırır. Quru hücumunun ən intensiv mərhələsi 2024-cü ilin əvvəlində baş tutacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazır.

...Çoxmərhələli strategiya Qəzzanın şimalında yerləşən İsrail qoşunlarının tədricən Fələstin anklavının cənubuna doğru hərəkətini nəzərdə tutur.

“Qətiyyətli” hərbi qələbəyə HƏMAS-ın 24 batalyonunun, qruplaşmanın rəhbərliyinin və yeraltı tunellər şəbəkəsinin məhv edilməsi daxildir.

Xüsusilə, məqsəd HƏMAS-ın üç aparıcı liderini - Yəhya Sinvar, Məhəmməd Deif və Mərvan İsanı məhv etməkdir.

...Bu, çox uzun bir müharibə olacaq. Biz indi hədəflərimizə çatmağın yarısında da deyilik.

Qeyd edək ki, İsrailin hərbi planları ilə tanış olan şəxslərdən biri bildirib bunu.

Mənbələr bildiriblər ki, İsrailin Qəzza ilə bağlı ümumi strategiyası çevikdir və vaxt bir neçə amildən, o cümlədən yerdəki əməliyyatların irəliləyişindən, beynəlxalq təzyiqlərdən və israilli girovları azad etmək qabiliyyətindən asılıdır.

...Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, hazırda Qəzza şəhərində İsrail öz tapşırıqlarını cəmi 40 faiz yerinə yetirib. Və anklavın şimalını tamamilə nəzarətə götürmək üçün İsrail qüvvələrinə iki həftədən bir aya qədər vaxt lazımdır. Və yalnız bundan sonra növbə sektorun cənub hissəsinə çatacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə