Bir sıra ölkədə Fələstinə dəstək aksiyaları keçirilir

Kolumbiya və Braziliyada minlərlə insan İsrailin Qəzzaya hücumlarına reaksiya verib. SİA bu barədə rus saytlarına istinad edir.
Kolumbiyanın paytaxtı Boqotanın 7-ci prospektində toplaşan nümayişçilər əllərində Fələstin bayraqları ilə tarixi Bolivar meydanına doğru yürüş edib.
Nümayişçilər “Azad Fələstin”, “Bu, müharibə deyil, soyqırımdır” kimi şüarlar səsləndirərək Qəzzədəki vəziyyətə diqqət çəkib.
Braziliyanın Rio-de-Janeyro şəhərində Fələstinə dəstək üçün yürüş edən nümayişçilər də İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.
Qəzzadakı Fələstin xalqına qarşı soyqırım törədildiyini vurğulayan nümayişçilər Fələstin bayraqları daşıyıblar.
Nümayişçilər beynəlxalq ictimaiyyəti “daimi atəşkəs”ə çağırıblar.
Etiraz aksiyasında çox sayda adamın iştirak etdiyi və aksiyanın insidentsiz başa çatdığı bildirilib.
Oktyabrın 7-dən etibarən Braziliyanın müxtəlif şəhərlərində keçirilən nümayişlərdə İsrailin hücumlarına reaksiya verilib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda da Fələstinə dəstək nümayişi keçirilib.
Ağ Evin qarşısına toplaşan bir qrup nümayişçilər əllərində Fələstin bayraqları və pankartlarla atəşkəs çağırışı edərək, Fələstinə öz dəstəklərini nümayiş etdiriblər.
Kanadanın Toronto şəhərində Ontario Qanunvericilik Assambleyasının binası qarşısında Fələstinə dəstək nümayişi keçirilib.
Səhiyyə işçilərinin təşkil etdiyi etiraz aksiyasında İsrailin Qəzzaya hücumlarında şəhid olan tibb işçiləri yad edilib və atəşkəslə bağlı çağırış edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə