Rusiya işəgötürənlərinə bu qadağan edildi...

...Dövlət Duması plenar iclasda işəgötürənlərə 16 yaşınadək uşaqları olan tək anaları və bu yaşda olan uşaqları anasız böyüdən digər şəxsləri işdən çıxarmağı qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

SİA bunu TASS-a istinadən yazır.

Qeyd edək ki, sənəd baxılmaq üçün avqustda təqdim edilmişdi.

Hazırda Rusiya Federasiyasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Mövcud standartlara görə, işəgötürənin təşəbbüsü ilə, o cümlədən 14 yaşınadək uşaqları olan tək analarla və ya bu yaşda olan uşaqları anasız böyüdən digər şəxslərlə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Qanun layihəsində işəgötürənlərin öz təşəbbüsü ilə tənha analarla və 16 yaşınadək uşaq böyüdən tərbiyəçilərlə müqaviləyə xitam verə bilməyəcəyi aydınlaşdırılaraq bu normanın dəyişdirilməsi təklif edilir.

“…Qanun layihəsinin aktuallığı eyni zamanda həm işçilərin özlərinin, həm də onların yetkinlik yaşına çatmayan uşaqlarının maraqlarına təsir edən sosial əhəmiyyətli problemlərin həllinə kompleks yanaşmanın inkişaf etdirilməsi zərurəti ilə bağlıdır”.

Rusiya Dumasında səsləndirilib bu fikir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə