Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov bildirib ki, Qərb ölkələri Ukraynanı Rusiya ilə danışıqlara başlamağa sövq edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
“...Ukrayna bəzi tərəfdaşlar arasında Ukraynadakı müharibə, atəşkəs və s. məsələləri müzakirə etmək üçün danışıqların, məsləhətləşmələrin, ruslarla görüşlərin zəruriliyi ilə bağlı müzakirələrin intensivləşməsindən narahatdır”.
Bunu deyən Danilov əlavə edib ki, Krımın Kiyevə qaytarılması ilə bağlı Ukraynanın və onun “bəzi Qərb tərəfdaşlarının” məqsədləri fərqlidir.
Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin Krımı qaytarmaq istəyi Qərb üçün “lakmus”, Ukrayna üçün isə sınaqdır.
Eyni zamanda, Danilov hesab edir ki, bu cür fikir ayrılıqları Qərbin Kremlin reaksiyasından qorxması ilə izah edilə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə