Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur bəyan edib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri vəhşilik və terrordur və heç bir şəkildə haqq qazandırıla bilməz.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Mənsur bu ay BMT baş katibi, BMT Təhlükəsizlik Şurasının (Çin) sədri və BMT Baş Assambleyasının sədrinə ünvanladığı məktublarda Qəzza zolağında baş verən hadisələrlə bağlı məlumat verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mənsur məktubunda "İsrailin Qəzza zolağında törətdiyi vəhşilik və terror insanlığa təhqirdir və heç bir bəhanə ilə haqq qazandıra bilməz" deyib.
Mənsur Qəzzada təxmini məlumatlara görə 3 min 250 qadın və 5 mini uşaq olmaqla 12 min 200 adamın həyatını itirdiyini, 29 min adamın isə yaralandığını bildirib.
4 min insanın dağıntılar altında qaldığını bildirən Mənsur İordan çayının qərb sahilində 200-dən çox fələstinlinin həyatını itirdiyini, təxminən 3 min adamın isə yaralandığını qeyd edib.
Mənsur mülki vətəndaşlara Qəzzanın şimalını boşaltaraq cənuba getmələrini əmr edən İsrailin cənubu bombalamağa davam etdiyini, Tel-Əvivin isə dünyadan gələn atəşkəs çağırışlarına məhəl qoymadığını bildirib.
Mənsur məktubunda İsrailin Orta Şərqdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına aid onlarla qurum və binanı birbaşa hədəfə aldığını və bu hücumlar nəticəsində yüzlərlə insanın həyatını itirdiyini ifadə edərək, "BMT himayəsində olan bu sığınacaqlara dəfələrlə buna məruz qalmasına necə icazə verilir?", -deyə sual edib.
BMT-nin 21 müstəqil məruzəçi eksperti və quruma bağlı işçi qruplarının atəşkəsin təcili şəkildə həyata keçirilməsi üçün çağırışlarına işarə edən Mənsur bu ekspert və məruzəçilərin “İsrailin Fələstin xalqını məhv etmək niyyəti açıqdır” xəbərdarlığına diqqət çəkib.
Mənsur fələstinli mülki şəxslərin müdafiəsi və məcburi köçün dayandırılması çağırışı edərək, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının insanlıq əleyhinə cinayətləri və müharibə cinayətlərini dayandırmaq üçün konkret addımlar atmalı olduğunu, qərarların təkbaşına Fələstindəki böhrana həll yolu ola bilməyəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Türkiyə XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 16:18"Yuventus" Davidi göndərməyə hazırlaşır
İdman 15:54Cerrard Rusiya klubuna yenə rədd cavabı verdi
İdman 15:52Yetişmiş sosial sifariş
Siyasət 15:32BƏƏ şirkəti "Cənub Qaz Dəhlizi"ndə pay əldə edib
İqtisadiyyat 15:31ADY daşınan sərnişin sayı üzrə yeni rekorda imza atıb
İqtisadiyyat 15:20Kriptovalyuta bazarında NƏ BAŞ VERİR? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 15:00Mobil telefonlar niyə bu qədər bahalaşdı?
Köşə yazıları 14:52Ceyhun Bayramov Mustafa Desticini qəbul edib
Siyasət 14:52İranın Azərbaycandakı səfiri Naxçıvana gedib - FOTOLAR
Siyasət 14:51Müəllim, öyrədən, ustad - Hamlet Hüseynov - 70
Təhsil 14:51Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb - FOTOLAR
Mədəniyyət 14:44Bioloji dünyadan sosial dünyaya keçid
Sosial 14:22İqtisadiyyat nazirinin birinci müavini Qırğız Respublikasına səfər edib
İqtisadiyyat 14:12Fələstinin gələcəyi - ANALİZ
Siyasət 13:58Rəssamlıq Akademiyasında “Açıq qapılar” günləri keçirilib - FOTOLAR
Mədəniyyət 13:55"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
İdman 13:24Musiqili Teatrın noyabr repertuarı açıqlanıb
Mədəniyyət 13:22Qlobal dövlət borcu - RAKURS
İqtisadiyyat 13:07Ərdoğan Bakıya gəlir
Siyasət 12:32Bakıda və rayonlarda leysan gözlənilir
Sosial 12:31Röyadan sürpriz qərar – növbəti konsert 9 noyabrda!
Şou-Biznes 12:23“Bakı Bus” avtobusu qəza törətdi - xəsarət alan var
Hadisə 12:19Nilufər “Yandırdın qəlbimi”i oxudu - FOTOLAR
Şou-Biznes 12:19Vəkillər daha 45 vətəndaşa hüquqi yardım göstəriblər
Sosial 12:15Enerji, iqtisadiyyat və veto - ANALİTİK
Siyasət 12:07Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
Hadisə 12:05“YAŞAT” Fondunun rəhbəri məktəblilərlə görüşəcək
Təhsil 11:51Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edəcək
Sosial 11:41NİİM sürücülərə növbəti dəfə müraciət edib
Sosial 11:32Özəl xəbərlər
Digər xəbərlər"Yuventus" Davidi göndərməyə hazırlaşır
İdman 15:54Cerrard Rusiya klubuna yenə rədd cavabı verdi
İdman 15:52
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9609
-0,32%
-
GBP
2,2342
-0,11%
-
RUB
2,1026
-1,05%
.jpg)
.jpg)

