...Ukraynaya dəstək xərcləri daxil edilməyən ABŞ-ın müvəqqəti büdcəsinin qalmaqallı qəbulundan sonra Ağ Ev yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketinin ayrılmasını elan etmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.
Onun sözlərinə görə, yeni yardım paketi Amerikanın Rusiya təcavüzünə müqavimət göstərən cəsur ukraynalılar qarşısında öhdəliklərinə sadiqliyini təsdiqləmək üçün hazırlanıb.
Bu, həm də Qərbin Kiyevə yardımını gözləməyə ümid edən Kremlə bir siqnal olmalıdır.
“...Budur, Putinə mesajımız. Prezident Cozef Bayden 50-dən çox ölkədən ibarət koalisiya yaratdı. O, Ukraynaya dəstək üçün yardım etdi... Rusiyanın Ukraynaya təcavüzünü pisləmək üçün 140-dan çox ölkəni bir araya gətirdik... Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizdən daha çox dayana biləcəyini düşünürsə, yanılır”.
Bunu deyən Ağ Evin spikeri onu da əmin edib ki, müvəqqəti büdcənin xüsusiyyətlərinə baxmayaraq, Konqresdə Kiyevə yardım üçün ikitərəfli dəstək hələ də qalır. Onun sözlərinə görə, hazırkı administrasiya Ukraynaya lazım olduğu qədər kömək etmək niyyətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə