ABŞ-ın Nyu-York şəhərində orta məktəb şagirdlərini daşıyan avtobus xəndəyə yuvarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Əraziyə təcili yardım, polis və xilasedicilər göndərilib. Qəzadan sonra magistral yol nəqliyyata bağlanıb.
Nyu-York qubernatoru mətbuat konfransında bildirib ki, ilkin məlumata görə, qəza avtobusun ön təkərlərində yaranan problem nəticəsində baş vermiş ola bilər və araşdırmalar davam edir. 4 böyük və 40 şagird olmaqla cəmi 44 nəfərin olduğu avtobusdakı qəza ilə bağlı araşdırmalara başlanılıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə