Zelenski rusların 33 vətəndaşı və 225 şirkətinə qarşı sanksiya tətbiq edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının 33 vətəndaşı və 225 şirkətinə qarşı sanksiya tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rusların “TASS” agentliyi yayımlayıb.

Beləliklə, sənədə əsasən, 33 şəxsin hamısına qarşı sanksiyalar 10 il müddətinə tətbiq edilir. Sanksiyalara, o cümlədən, aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması, lisenziyaların ləğvi və digər məhdudiyyətlər, ümumilikdə 11 tədbir daxildir.

Maraqlıdır ki, 10 il müddətinə məhdudiyyətlər hüquqi şəxslərə qarşı da tətbiq edilir.

Qeyd edək ki, hüquqi şəxslərin siyahısına Nijni Novqorod zavodu Elektromaş, Naviqasiya Sistemlərinin Dizayn Bürosu, Krasnoznamenski Yarımkeçirici cihazlar zavodu olan “Arsenal”, Moskva Kompüter və İnformatika İstehsalat Birliyi, “Kripton” Elmi-İstehsalat Müəssisəsi və digər əlaqəli şirkətlər daxildir.

Onu da qeyd edək ki, Kiyevə görə, bütün bu müəssisələr Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli işləyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə