Vaşinqtonda atışmada ölənlər var

Vaşinqton ştatının Yakima şəhərində mağazada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şəhərin polis idarəsinin nümayəndəsi məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, naməlum şəxs Yakima şəhərində yerləşən “Circle K” mağazasına daxil olaraq atəş açıb, bundan sonra o, yolu keçərək içərisində sərnişin olan avtomobili qaçırıb.

Hadisəni törədən şəxs qaça bilib.

Əraziyə gələn polis aldığı xəsarətlərdən yerindəcə ölən 3 nəfərin meyitini aşkar edib. Hüquq-mühafizə orqanları cinayətkarın oğurladığı avtomobilin sərnişininin də öldürülə biləcəyini istisna etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə