ABŞ-nin məşhur basketbolçusu Brittni Qrayner məhbus mübadiləsi üçün azad edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib. Belə ki, basketbolçu rus silah satıcısı Viktor But müqabilində evə buraxılıb.
Bayden Brittninin azad olunmasına münasibət bildirib: “O təhlükəsizdir və təyyarə ilə evə gedir”.
Qeyd edək ki, Brittni Qrayner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın “UMMC Yekaterinburq” klubunda oynamış amerikalı peşəkar basketbolçudur.
O, 2022-ci ilin fevralında Şeremetyevo hava limanında baqajında həşiş yağı tapılması ilə bağlı saxlanılıb. Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin, Viktor But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə