Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "The Khaama Press" agentliyi məlumat yayıb.
Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.
İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış.
Hadisə ilə bağlı istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB