33 yaşlı 3 uşaq atası Ukraynada öldürülüb...

Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərindən olan çoxuşaqlı ata Yeqor Masayev Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 33 yaşlı kişi sentyabrın 28-də səfərbər edilib. Yaxınlarının dediyinə görə, əslin də o çoxuşaqlı ata kimi evə qaytarılmalı idi.

Deyilənlərə görə, xüsusi hərbi əməliyyat zonasına göndərilənə qədər Masayev Maqnitoqorsk Dəmir-Polad Zavodunda fəhləlik edib.

Masayev noyabrın 11-də döyüşdə ağır yaralanıb, Onu Belqoroddakı hospitala aparıblar və noyabrın 14-də orada ölüb.

Masayevin hazırda du qadını və üç uşağı başsız qalıb. Onun kiçik qızının heç bir yaşı da yoxdur.

Qeyd edək ki, Magnitogorsk hakimiyyəti dul qadına dəfn mərasiminin təşkilində kömək edəcəyinə söz verdi.

Xatırladaq ki, bundan əvvəl Çelyabinsk vilayətindən olan çoxuşaqlı ata Albert Kireyevin Ukraynada öldüyü barədə məlumat yayılmışdı. O, avqust ayında xüsusi əməliyyata könüllü gedənlərdən olmuşdu. Onun da müxtəlif nikahlardan üç azyaşlı övladı qalıb.

Amma burada maraqlı nüanslardan biri budur ki, Kireev cəbhəyə getməzdən əvvəl ödənişləri almaq üçün etibarnaməni son illər birgə yaşadığı qadının adına yazdırıb. İndi həmə qadın müxtəlif nikahlardan doğulan uşaqlara ödəniş etməkdən imtina edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə