Qarabağın turizm potensialı: REALLIQLAR VƏ PERSPEKTİVLƏR

Turizm və xidmət sferası investisiya baxımından çox cəlbedicidir. Bu sahə ölkənin infrastrukturunun inkişaf etdirilməsində və valyuta vəsaitlərinin axını baxımından əhəmiyyətlidir. Digər tərəfdən, turizmin inkişafının iqtisadi imkanları təşkilati-iqtisadi proseslərin inkişafı üçün münbit şəraitin yaradılması deməkdir. Belə bir şərait isə, öz növbəsində bu gəlirli sahənin infrastrukturunun genişləndirilməsi, bu sahə ilə bağlı yaradılan münbit şərait xarici turistlərin republikamıza səfərlərinin artım tempində də gətirib çıxarır. Ölkəmizdə daxili turizm də ildən-ilə canlanmaqdadır. Yalnız ötən il bu rəqəmin 500 minlə 700 min arasında olması müsbət tendensiyalardan xəbər verir. 44 günlük müharibədə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Ordumzuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açdı. Bu mənada, azad edilmiş ərazilərdə turzimin inkişaf etdirlməsi daha cəlbedici görünür. Tam əminliklə demək olar ki, dövlətimiz tərəfindən Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində həyata keçirdiyi ciddi tədbirlər bu ərazidə turizm infrastukturunun förmalaşmasına və dinamik inkişafına səbəb olacaq. Bununla da Qarabağın turizm potensialı barədə dünyaya çatdırılan yeni və etibarlı reallıqlar ölkəmizə yeni investisiyaların cəlb olunması yollarını açacaq.

Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyi, çox zəngin ehtiyyatlara, nadir təbii-iqlim xüsusiyyətlərə malik oması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün açılan yeni üfüqlər deməkdir. Həmin ərazilərə sərmayə yatırılması bu sahənin iş adamlarına geniş imkanlar yaradacaq və bu yatırımların nəticə etibarı ilə ölkə büdcəsinə kifayət qədər gəlir gətirəcəyi reallıqdır və bu, həyati gerçəklikdir. İşğaldan azad edilmiş torpaqlarımızın mineral və termal su mənbələri ilə zəngin olması da bölgənin turizm imkanlarının artırılmasında mühüm faktordur. Qarabağ torpağı, həm də xalqımızın böyük mədəni irsinin mühüm daşıyıcısı hesab olunur. Bu bölgəmiz istedadlı şairləri, yazıçıları, musiqiçiləri ilə də məşhurdur. Qarabağın Azərbaycan musiqisinin beşiyi olması özünü çoxdan təsdiq etmiş həqiqətdir.

Dəniz səviyyəsindən 1400 metrə hündürlükdə yerləşən Azərbaycan mədəniyyətinin incisi Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Mənəvi dünyamızın tərcümanı olan bu şəhər mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Sahə mütəxəssisləri bu fikirdədirlər ki, yaxın gələcəkdə Qarabağ bölgəsinin turizm infrastrukturunun yaradılması və inkişafı üçün keçmiş ənənələr də əhəmiyyətli rol oynaya bilər. Hələ postsovet məkanında insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası (doğrudur, erməni vandalları bu dünya miqyaslı tarixi abidəni də dağıdıblar) bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq-bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək.

Qarabağın işğaldan əvvəlki dövrdə fəaliyyət göstərmiş mədəni və səhiyyə obyektlərini yenidən dirçəltmək də bu mənada önəmlidir. Vaxtilə Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa sanatoriyası”, “Gülablı sanatoriyası”, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr və bu kimi turizm məskənləri ayrıca seçilirdi. Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının milli-tarixi dəyərlərini dünyaya tanıtmaqla yanaşı dövlət büdcəsinə külli miqdarda gəlir gətirirdi. Ölkəmizin hər yerində olduğu kimi burada da Böyük Zəfərimizin imkanlarıdan istifadə edərək bu ərazilərdə möhtəşəm turizm obyektləri inşa etmək olar. Yaxın perspektivdə bu istiqamətdə böyük irəliləyişə nail omaq tamamilə mümkündür. Bununla da Qarabağda turizmin inkişafı özü ilə bərabər otelçilik sektorunu da irəli aparmağa imkanlar yaradacaq.

Mütəxəssislər hesab edirlər ki, Qarabağda turizmin inkişafı üçün bir sıra kadrların əməyindən istifadə edilməlidir. Dövlət, özəl sektor, alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan turizm potensialı işlənib hazırlanmalıdır. Onlar Qarabağın həm təbii, həm də antropogen turizm resurslarını nəzərdən keçirməlidirlər. Turizmçilər bu fikrdədirlər ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq. Bundan məharətlə istifadə etsək, Qarabağı dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevirəcəyik. Dövlətimizin bu istiqmaətdə xüsusi proqram da qəbul etməsi gözləniləndir.

Qarabağda turzimin inkişafı, həm də bu istiqamətdə yeni marşrutların açılması, yol infrastrukturunun genişləndirilməsi deməkdir. Xudafərin körpüsü və başqa tarixi abidələrə də gələcəkdə turist marşrutu ola bilər. Mədəni-tarixi incilərimizin əksəriyyəti dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür. Sahə mütəxəssisləri ümid edirlər ki, qonşu İran İslam Respublikası ilə bu sahədə əməkdaşlıq olacaq.

Məlumdur ki, Türk birliyinin müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmir yolu xəttinin çəkilməsi mümkün görünür. Bundan yalnız ölkəmizin vətəndaşının yox, bütün mədəni sivilizasiyanın qazanacağı şəksizdir. İşğaldan azad etdiyimiz ərazilərin çoxu dağlıq ərazi olduğundan, bu bölgəyə nəzər yetirsək, həmin ərazilərdə dağçılıq və alpinizm turizminin inkişafı üçün təbii şəraitin olduğunu görərik.

Bununla bərabər, Qarabağın gəzməli-görməli yerlərinə gəzintilər təşkil etmək, həmin ərazilərdə aktiv və ekstremal turizmi inkişaf etdirmək də turizmin inkişafına töhfə verə bilər. Qarabağda turizmin müxtəlif növlərinin yaradılması və inkişafı üçün unikal imkanlar olduğunu beynəlxalq sərgilərdə nümayiş etdirsək, onun reklamını dünya səviyyəsində təşkil edə bilsək, həmin sahənin bölgədə daha da irəli getməsinə böyük təkan vermiş olarıq. Məsələn, təkcə Zəngilanda çoxlu sayda termal su mənbəyinin mövcudluğu, həm də Qarabağda müxtəlif istiqamətli turizm xidmətlərinin yaradılması üçün münbit şərait deməkdir. Təqdirəlayiq haldır ki, Qarabağın turizm potensialı ilə bağlı dövlət əhəmiyyətli tədbirlərin coğrafiyası sürətlə genişlənir. 2020-ci il 23-24 noyabr tarixində Azərbaycan Turizm Bürosu (ATB) Dubayda keçirilən "Gulf Travel Show" sərgisində iştirak edib. Bu Beynəlxalq sərgidə Qarabağ və onun turizm potensialı tanıdılıb. Pandemiyası səbəbilə virtual formada təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb. Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.

Görüş iştirakçılarına işğaldan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Xarici tur operatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar. Qarabağda muzeylərin, memorial komplekslərin yaradılması tarixi yaddaş kimi bu bölgəmizin "həyat güzgüzü"nə çevrilə bilər. Bu, gələn tursitlərdə Qarabağ haqqında daha dolğun məlumat və təsəvvürlər yaratmağa kömək edər. Digər tərəfdən, bölgə turizmində cəlbedici obyektlərdən biri kimi öz rolunu oynamış olar. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın geri qayıtması, yaşayışın və infrastrukturun bərpası, orada təhlükəsizliyin təmin olunması gərəkdir. Yalnız bundan sonra Qarabağda turizmin inkişaf perspektivləri real həyatda öz həllini tapar.

Təəssüflər olsun ki, erməni vandalları torpaqlarımızın işağlı dövründə Qarabağın dağlıq hissəsində və ətraf rayonların əksər yerlərində maddi-mədəniyyət abidələrimizi, tarixi yerlərimizi dağıdıblar, bölgənin ekosisteminə böyük ziyan vuvraraq infrastrukturu məhv ediblər. Bununla da öz yırtıcı, barbar xislətini nümayiş etdiriblər. Amma zaman öz axarındadır. Xalqımızın fitrətində olan qurub-yaratmaq eşqi yenidən bu yerlərə həyat verəcək, əzəli torpaqlarımızı dirçəldəcək. Yaxın gələcəkdə Qarabağ Azərbaycanımızın əsas turizm bölgəsinə çevriləcək. Bu da ölkəmizin istər mədəni, istərsə iqtisadi həyatında əhəmiyyətli rol oynayacaq.

Könül Məmmədova,

YAP Şamaxı Rayon Təşkilatının Şura üzvü, "Tərəqqi" medallı

Bütün xəbərlər Facebook səhifəmizdə