Ukrayna kəşfiyyatı detalları açıqlayıb...

Üsyançılar Rusiyada genişmiqyaslı təxribat aktı həyata keçiriblər: onlarla lokomotiv yandırılıb...

...“Rusiyanın Azadlığı” müqavimət hərəkatı Rusiya ərazisində bir sıra təxribat əməliyyatları həyata keçirərək Ukraynaya qarşı müharibədə silah və sursat daşımaq üçün istifadə edilən onlarla lokomotivi məhv edib.

SİA xəbər verir ki, Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib. Kreml rejiminə qarşı "Rusiyanın Azadlığı" müqavimət hərəkatı düşmənin logistika infrastrukturuna qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib.

Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, ““Rusiyanın Azadlığı” üsyançıları tammiqyaslı müharibənin əvvəlindən bəri fəaliyyət göstərir və hazırda Rusiya Federasiyasındakı ən böyük və ən təsirli müqavimət hərəkatlarından biridir”.

Kəşfiyyat məlumatlarına görə, zərbələrin hədəfləri moskvalıların Ukraynaya qarşı hərbi əməliyyatlar zamanı silah, sursat və avadanlıq çatdırmaq üçün istifadə etdiyi lokomotivlər olub.

“Partizanların istifadə etdiyi yandırıcı kokteyllər hərbi təchizatın daşınması üçün istifadə edilən onlarla nəqliyyat vasitəsinin idarəetmə və elektrik sistemlərini yandırıb”.

Baş Kəşfiyyat İdarəsi əlavə edib ki, zərbələr düşmən resurslarının hərəkətini əhəmiyyətli dərəcədə yavaşlatıb və cəbhədəki Rusiya ordu bölmələrinə təchizatın sabitliyinə təsir edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə