Ruslar çoxdəfəlik Şengen vizasız qala bilərlər...

...Avropa Birliyi Rusiya vətəndaşları üçün çoxdəfəli giriş vizalarının ləğvini ciddi şəkildə nəzərdən keçirir.

SİA xəbər verir ki, "Kommersant"ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu həftənin sonuna qədər yeni məhdudiyyətlər qəbul edilə bilər.

Qeyd olunur ki, AB Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirməyi və onlara çoxdəfəli Şengen vizalarının - 26 AB ölkəsinə məhdudiyyətsiz giriş imkanı verən çoxdəfəli giriş vizalarının verilməsini dayandırmağı planlaşdırır.

Onlar altı aydan beş ilə qədər müddətə verilir.

Hələlik yekun qərar verilməyib. Onu da əlavə etmək lazımdır ki, ruslara tək girişli vizalar verilməyə davam edəcək. Həmçinin humanitar səbəblərdən çoxdəfəli Şengen vizalarının verilməsinə davam etmək planları da var.

Avropa Komissiyasının məlumatına görə, 2024-cü ildə yarım milyondan çox rus Şengen vizası alıb - bu, 2023-cü illə müqayisədə artımdır, baxmayaraq ki, 4 milyondan çox vizanın verildiyi 2019-cu ildən xeyli aşağıdır.

İki il əvvəl AB Rusiya ilə viza sadələşdirilməsi müqaviləsini dayandırıb.

Rusların Estoniya, Latviya, Litva, Çexiya, Danimarka və Fransaya girişi də məhdudlaşdırılıb.

Daha əvvəl media orqanları NATO-nun təkidi ilə Aİ-nin "hərbi Şengen" tətbiq edə biləcəyi barədə məlumat yaymışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə