Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Marko Rubio ilə baş tutan uğursuz telefon danışığından sonra Kremldə rəğbətdən düşmüş kimi görünür.
SİA-nın əldə etdiyi məlumata görə, bu, Vladimir Putin və Donald Tramp arasında zirvə görüşünün pozulmasına səbəb olub.
Xarici İşlər Nazirliyinə 20 ildən çoxdur rəhbərlik edən 76 yaşlı Lavrov, 5 noyabrda Putinin sədrlik etdiyi Rusiya Təhlükəsizlik Şurasının əlamətdar iclasında iştirak etməyib. Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Putin onlara Rusiyanın sonuncu dəfə 1990-cı ildə keçirdiyi nüvə sınaqlarının bərpası ilə bağlı təklifləri nəzərdən keçirməyi tapşırıb.
Kommersant qəzetinin mənbəsi qəzetə bildirib ki, Lavrov iclasda "qəsdən iştirak etməyib".
Xarici işlər naziri əlamətdar iclası buraxan Təhlükəsizlik Şurasının yeganə daimi üzvü olub.
Eyni zamanda, Lavrov G20 sammitindəki Rusiya nümayəndə heyətinin rəhbəri statusunu itirib.
Kremlin mətbuat katibi Dmitri Peskov cümə axşamı bildirib ki, bu il iclasa Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edəcək.
Peskov bildirib ki, Oreşkinin təyin edilməsi qərarı Putin tərəfindən verilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB