Tramp: Biz ABŞ-ı Bitcoin supergücünə çeviririk...

Amerika dünyanın kripto paytaxtına çevrilir...

...ABŞ prezidenti Donald Tramp ABŞ-ı Bitcoin supergücünə və dünyanın kripto paytaxtına çevirmək niyyətində olduğunu bildirib.

SİA xəbər verir ki, bu barədə RBC-Ukraine agentliyi Trampın Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışına istinadən məlumat yayıb.

...Biz ABŞ-ı Bitcoin supergücünə, dünyanın kripto paytaxtına çeviririk, - deyə Tramp bildirib.

O, əlavə edib ki, əgər ABŞ kriptovalyutanı mənimsəməsə, Çin də bunu edəcək.

...Biz Çindən xeyli irəlidəyik. Amma əgər biz kriptovalyutanı düzgün inkişaf etdirməsək, Çin də bunu edəcək. Onlar artıq başlayırlar və daha çox iş görmək istəyirlər, - deyə Tramp bildirib.

O, əlavə edib ki, əgər ABŞ tədbir görməsə, böyük bir sənayeni itirəcək.

Bitcoin-in düşməsi

Donald Trampın açıqlamaları Bitcoin qiymətinin düşməsi fonunda səsləndi.

Binance-ın 5 noyabr tarixli məlumatlarına görə, Bitcoin müvəqqəti olaraq 99.908 dollara düşüb, sonra isə 101.400 dollara yüksəlib.

Bu, 23 iyun 2025-ci ildən bəri qiymət həddindən aşağı düşən ilk enişdir. Bazar, kripto sənayesindən təxminən 19 milyard dolların çıxarıldığı 10 oktyabr böhranından sonra başlayan eniş tendensiyasını davam etdirir.

Bitcoin-in düşməsi mədənçiliklə əlaqəli şirkətlərin səhmlərinə təsir edib.

Əvvəllər güclü mənfəət əldə etsələr də, əksər səhmlər bir neçə faiz ucuzlaşıb. İnvestorlar itkilər qeydə alırlar və yüksək dəyişkənlik fonunda kripto sektoruna ümumi maraq müvəqqəti olaraq azalır.

Trampın kripto bazarına təsiri...

Qeyd etmək lazımdır ki, Trampın siyasəti əvvəllər kriptovalyutalara təkan vermişdi.

ABŞ Prezidenti:

-kripto icmasına açıq şəkildə müraciət etməyə başladı;

-öz mem sikkəsini buraxdı;

-Bitcoin-də ABŞ strateji ehtiyatının yaradıldığını elan etdi;

-pensiya planlarına kriptovalyutanın daxil edilməsinə icazə verdi, bundan sonra Bitcoin 124.000 dollarlıq yeni rekord səviyyəyə çatdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə