İdmançılarımız Gürcüstanda 5 medal qazanıb - FOTOLAR

İdmançılarımız Gürcüstanda 5 medal qazanıb - FOTOLAR

Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq Gürcüstan birinciliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, təşkilatçı ölkə ilə yanaşı Azərbaycan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb. Ölkəmizi bu yarışda məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Komandamızın çıxışı uğurlu alınıb.

Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançımız gümüş medala sahib olub. Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə ikinci yer tutub. 2 nəfərlik kayak qayığında 200 metr məsafədə isə Ramil Mustafayev və Rüfət Rəhimov cütlüyü ikinci yerə layiq görülüb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə