Millimizin Qazaxıstanla oyun üçün iştirak ərizəsi AÇIQLANIB

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunda Qazaxıstanı qəbul edəcək millimizin sözügedən görüş üçün iştirak ərizəsi açıqlanıb. SİA-nın xəbərinə görə, UEFA-nın saytında dərc olunan siyahıdan aydın olur ki, milliyə dəvət olunan 3 futbolçu iştirak ərizəsindən kənarda qalıb. Riçard Almeyda cəzalı olduğu üçün, Amin Seydiyev və Qismət Aliyev isə baş məşqçi Canni de Byazinin qərarı ilə matçda iştirak edə bilməyəcək.

Millimizin Qazaxıstanla oyun üçün iştirak ərizəsi

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Səlahət Ağayev

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Höccət Haqverdi, Abbas Hüseynov, Anton Krivotsyuk

Yarımmüdafiəçilər : Toral Bayramov, Elvin Cəfərquliyev,Filip Ozobiç, Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev, Eddi İsrafilov, Emin Mahmudov, Ozan Can Kökcü

Hücumçular: Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Musa Qurbanlı, Renat Dadaşov, Mahir Emreli

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə