AVRO-2020: Türkiyə - Uels matçı başladı

Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşma 20:00-da start götürüb.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Bütün xəbərlər Facebook səhifəmizdə