"Mançester Yunayted"in sistemləri kiberhücuma mərzu qalıb

İngiltərənin "Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma mərzu qalıb. SİA-nın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Qeyd edilib ki, bunun qarşısını almaq üçün sürətli tədbirlər görülüb: "Hazırda hadisəni araşdırmaq və davam edən İT pozuntularını minimuma endirmək üçün eskpert məsləhətçilərlə çalışırıq".

Veb sayt və tətbiqetmə də daxil olmaqla klubun media kanallarına zərər dəyməyib. Həmçinin istifadəçilərinin şəxsi məlumatlarının oğurlanması barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə