Son çempion doğma meydanda “Qalatasaray”a uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 2-ci tura start verilib.

Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Ərzurumspor”la qarşılaşan “Sivasspor” əzmkar qələbəyə sevinib. “Kasımpaşa” “Rizəspor”u məğlub yola salıb. “Qaziantep” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Son çempion “Başakşəhər” doğma meydanda “Qalatasaray”la üz-üzə gəlib. Matç qonaqların inamlı qələbəsiylə başa çatıb.

Türkiyə Super Liqası

2-ci tur

20 sentyabr

Ərzurumspor – Sivasspor 1:2

Qol: Novikovas, 70 – Kone, 82. Qradel, 86.

Kasımpaşa – Rizəspor 2:0

Qol: Varqa, 13. Karius, 60.

Başakşəhər – Qalatasaray 0:2

Qol: Falkao, 14-pen. Belhanda, 76.

Qaziantep – Fatih Karagümrük 2:2

Qol: Kana, 53. Andre, 59 – Zukanoviç, 26. M.Erdinc, 90+5.

18 sentyabr

Yeni Malatyaspor – Göztəpə 1:1

Qol: A.Büyük, 30-pen – H.Akbunar, 19.

19 sentyabr

Gənclərbirliyi – Konyaspor 0:0

Dənizlispor – Trabzonspor 0:0

Alanyaspor – Kayserispor 2:0

Qol: Bareyro, 45+5; 77.

Beşiktaş – Antalyaspor 1:1

Qol: Larin, 33 – G.Bayrakdar, 85.

21 sentyabr

21:00 Fənərbaxça – Hatayspor

Bütün xəbərlər Facebook səhifəmizdə