“Mançester Siti” “Nyukasl”ı darmadağın edib, "Liverpul" 3 xala sevinib

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Son turda “Sauthempton”a məğlub olan “Mançester Siti” bu turda “Nyukasl”ı sınağa çəkib və 5 cavabsız qola sevinib. Çempion “Liverpul” isə səfərdə “Brayton”un qonağı olub və turu inamlı qələbə ilə başa vurub.

“Vulverhempton” səfərdə “Şeffild Yunayted”ə, “Vest Hem” isə evdə “Bernli”yə minimal hesabla uduzub.

İngiltərə Premyer Liqası

34-cü tur

8 iyul

Mançester Siti – Nyukasl 5:0

Qol: Q.Jesus, 10. Mahrez, 21. F.Fernandes, 58-öz qapısına. D.Silva, 65. Sterlinq, 90+1.

Şeffild Yunayted – Vulverhempton 1:0

Qol: Eqan, 90+3.

Vest Hem – Bernli 0:1

Qol: X.Rodriqes, 38.

Brayton – Liverpul 1:3

Qol: Trossard, 45 – Salah, 6; 76. C.Henderson, 8.

7 iyul

Kristal Pelas – Çelsi 2:3

Qol: Zaha, 34. Benteke, 72 – Jiru, 6. Pulişiç, 27. Abraham, 71.

Uotford – Norviç 2:1

Qol: Dauson, 10. Uelbek, 55 – Buendia, 4.

Arsenal – Lester 1:1

Qol: Obameyanq, 21 – Vardi, 84.

9 iyul

21:00 Bornmut – Tottenhem

21:00 Everton – Sauthempton

23:15 Aston Villa – Mançester Yunayted

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...