Azərbaycan millisi hazırlığa başlayıb

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

Toplanış Tokio Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə