Qəbələ Futbol Akademiyası başsız qalıb

Ali Yavaşın istefasından sonra Qəbələ Futbol Akademiyası başsız qalıb. Akademiyaya hələ də yeni rəhbər təyin olunmayıb.

Yeni rəhbərin nə vaxt təyin olunacağı bilinmir. Hazırda bütün komandalara Ali Yavaşın ölkəmizə gətirdiyi türk mütəxəssislər rəhbərlik edir.

Qeyd edək ki, Ali Yavaş istefasına ailə probelmlərini əsas göstərib. Onun yenidən əfsanəsi olduğu "Qalatasaray"a dönəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə