Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayırlar.
SİA xəbər verir ki, yığmanın heyətində Rəşid Babazadə (65 kiloqram), Osman Nurmaqomedov (97 kiloqram) yarışa təsnifat, İslam Bazarqanov (57 kiloqram), Kənan Heybətov (70 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram) 1/4 final mərhələsindən başlayacaqlar.
Bu gün, həmçinin Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Birgül Soltanova (65 kiloqram) bürünc medal uğrunda görüşdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. İndiyədək yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar. Qadınların güləşində isə Günay Qurbanova (59 kiloqram) Avropa üçüncüsü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB