"Qalatasaray" - "Fənərbaxça" derbisinin baş hakimi açıqlandı

Türkiyə Superliqasının 31-ci turunda keçiriləcək İstanbul derbisinə - "Qalatasaray" - "Fənərbaxça" matçına hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunun baş hakimi Yasin Kolun olacaq. Ona yan xətt hakimləri qismində Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş aprel 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə