Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxacaq.
SİA-nın məlumatına görə, təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andriçlə üz-üzə gələcək.
Ruzanna Məmmədova (62 kq) Ukrayna təmsilçisi İlona Prokopevnyuku sınağa çəkəcək.
Birgül Soltanova (65 kq) 1/4 finalda Krista İnce ilə güləşəcək.
Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək 5 medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.
Qitə birinciliyi aprelin 26-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB