Meza Kolli yenidən Azərbaycanda

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Klubdan SİA-ya verilən məlumata görə, əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb. Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizin isə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə