Qız uşaqları üçün döyüş növü təhlükəlidir? - DİQQƏT! - MÜSAHİBƏ-FOTOLAR

MMA üzrə Azərbaycan çempionu, Avropa və Dünya çempionatı mükafatçısı, profesional döyüş qalibi Orxan Yariyevin SİA-ya olan müsahibəsini təqdim edirik.

- Özümüz üçün düzgün idman növünü necə seçə bilərik?

- İlk olaraq bunu qeyd edim ki, sağlamlıq üçün hansı idman növünün seçilməsinin fərqi yoxdur. Əsas odur ki, uşaq hərəkətdə olsun. Gənc bir oğlan məşq elədikcə özünü hansı idmanda görürsə, ona doğru yönəlir. Özümdən misal götürsək, ilk olaraq uşaq vaxtı məni idmana yazdırıblar və mən bir sıra idman növlərini yoxladıqdan sonra özümü MMA döyüş növündə gördüm. Mən də bir çox idmançını tanıyıram ki güləşlə məşğul olublar amma müəyyən müddət gəlib ki, güləşçi olaraq onların boks idman növü xoşuna gəlib.

- Neçə yaş aralığında uşaqlar idmana yazıla bilər?

- Əlbəttə ki, uşaqlar üçün yaş həddi var və bu yaş aralığı 7 və ya 8-dən başlayır. Lakin bəzi uşaqlar da var ki 5-6 yaş olmasına baxmayaraq bədən quruluşuna görə daha böyük görsənir. Ölkəmizdə elə şöhrətli idmançılar var ki, onlar daha kiçik yaşdan idmanla məşğul olublar. Dünya şöhrətli Həbib Nurməhəmmədov da kiçik yaşlarından idmana başlayıb. Uşaqların inkişafı üçün birinci növbədə onlar 8 yaşına kimi gimnastika, üzgüçülüklə məşğul ola bilər, lakin 8 yaşdan yuxarı isə kikboks, MMA, güləş idman növləri ilə məşğul ola bilərlər. Uşağın 14 yaşından əvvəl boks, güləş və karateyə başlaması məsləhət deyil. Çünki sümüyün inkişafı hələ tamamlanmayıb və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər.

- Qız uşaqları üçün döyüş növü təhlükəlidir?

- Belə deyərdim ki, qız uşaqları üçün idman təhlükəli deyil. Elə xanımlar var ki, dünya və Avropa çempionudu, hətta Azərbaycan Respublikasında taekvondo, güləş növündən yer tutanlar var. Qız uşaqları üçün üzgüçülük, atletika onların boyuna və sağlamlığına görə lazımlıdır.

- İdman ilə məşğul olan şəxlər necə qidalanmalıdır?

- Buna belə cavab verə bilərəm ki, iki cür idmançı var. Profesional, yarışlara, dünya arelarına çıxan idmançılar
və özü üçün məşğul olan idmançılar. Profesional idman ilə məşğul olanlar öz qidalanmalarına çox ciddi yanaşmalıdır. Çünki onlar hər yarışa 10 gün qalmış çəki atmaq məcburiyyətində qalırlar. Amma sizə bildirim ki, onlar profesional idmançı olaraq pəhriz saxlayırlar. Bütün xəmir yeməklərindən azad zülal, ət-toyuq, düyü, qarabaşaq məhsulları qəbul edirlər. Bununla yanaşı yemək yediyimiz zaman qara çörəkdə yeyə bilərlər.

Amma qeyri öz sağlamlığını qoruyan, özü üçün idmanla məşğul olanlarda bunları yeyə bilərlər. Çünki onlar həftədə 3-4 dəfə idman ilə məşğul olurlar. Onlar da xəmir məhsullarını yeməməlidirlər, çünki məşq elədikcə xəmir yeməkləri qəbul etdikcə qarında piyin yaranmasına və çəkinin artmasına gətirib çıxardır. Yəni belə deyim ki, xəmir məhsulu yeyən insan idman ilə məşğul olanda özündə ağırlıq hiss eləyir. İdman ilə məşğul olanlar əlbəttə ki ilk növbədə, kilosuna uyğun yemək yeməlidir. Məsələn 70 kq çəkidə olan insan 140 qr, 80 kq çəkidə isə 160 qr gün ərzində zülal qəbul etməlidir.

- Təhlükəli idman növləri hansılardır?

- İlk olaraq bildirim ki, indiki dövrə görə heç bir idman növü qorxulu deyil. Hamısı sağlamlıq, ölkələrinin bayraqlarını qaldırmaq üçündür. Belə də düşünək ki, idman təhlükəli olsa idi milyonlarca insan idman etməzdi. Hər bir idmançı idman aləminə gedəndə bunun hansı nəticələrə səbəb ola biləcəyini qəbul edir. Lakin keçmiş dövrə nəzər salsaq XV və XVI əsrlərdə təhlükəli idman növləri döyüş növləri olub. Həmin təhlükəli idman növlərindən biri Hindistan döyüş növü “Krav Maga”dır. Çünki orda silah, bıçaq və qılıncdan istifadə ediblər, bununla da hər kəs məşğul ola bilməzdi. Amma indiki dövrə görə yenə o idman növləri var və bunlardan biri də karatedir. Karatenin özü də keçmiş dövrlərdə döyüş sənəti sayıldığına görə Yaponiyada quldurların özlərini müdafiəsi üçün yaranıb. Orada qılınclardan, silahlardan, nizələrdən və bıçaqlardan istifadə edilib.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə