Böyük Britaniya Rusiyanın bu birjasına sanksiyalar tətbiq etdi

Böyük Britaniya Sankt-Peterburq Valyuta Birjasına qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiya ticarət platformasına əlavə olaraq, məhdudiyyətlər Əmanətlərin Sığortalanması Agentliyinə, eləcə də Kremlə sanksiyalardan yayınmağa kömək etdiyi iddia edilən 44 maliyyə institutuna təsir göstərib.

"Bu yeni sanksiyalar Rusiya iqtisadiyyatını daha da təcrid edəcək və Rusiyanın gəlir mənbələrini pozacaq", - departament vurğulayır.

Avropa ölkəsi maliyyə institutlarına qoyulan məhdudiyyətlərlə yanaşı, Rusiya nefti daşıyan 18 gəmiyə, Rusiyanın kölgə donanması üçün gəmilər almış Britaniya vətəndaşı Con Maykl Ormerod və iki Rusiya tanker kapitanına qarşı da sanksiya tətbiq etmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə