...Rusiyalı müğənni Qriqori Leps və nişanlısı Avrora Kibanın münasibətlərində problemlər yaranıb.
SİA-nın məlumatına görə, bu barədə klinik psixoloq Marianna Abravitova “Yeti” filminin premyerasında 5-tv.ru ilə söhbətində bildirib.
Əvvəlcə cütlüyün toyu təxirə salındı, daha sonra mətbuatda müğənninin maddi problemləri ilə bağlı xəbərlər yayıldı. Son nöqtə Lepsin şəxsi həyatı ilə bağlı sual verən jurnalistə emosional hücumu oldu. Bütün bunlar, psixoloqun fikrincə, cütlük daxilində real münaqişələrdən xəbər verir.
...Düşünürəm ki, odsuz tüstü yoxdur. Ona görə də çox güman ki, orada psixoloji problemlər var və bu, tamamilə təbiidir, çünki müxtəlif nəsillərdən olan insanlar öz içlərində müxtəlif mentalitetlərin yükünü daşıyırlar.
Bunu deyən Abravitovanın sözlərinə görə, əvvəlcə Leps və Aurora arasında güclü ehtiras, emosiyalar və yüksək gözləntilər var idi. Hər şey parlaq və ahəngdar görünürdü. Amma indi onlar bir-birini daha yaxından tanıdıqca yeni tərəflər üzə çıxır – heç də həmişə xoş olmayan tərəflər.
Abravitova onu da vurğulayır ki, belə münaqişələr az deyil. Xüsusən də iki insan bir birliyə girəndə bir-birini olduğu kimi qəbul etməyə hazır deyil.
...Yaxşı, piar heç vaxt sənətçini və ya sənətçinin sevgilisini incitməyəcək..?
Bəs onda, bunu necə başa düşək: ağ at arpa yeməz?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə