Pentaqon ABŞ-ın Çinlə mümkün münaqişəyə hazırlaşdığını bildirib...

...Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Trampın Si Cinpinlə əla münasibəti var.

Heqset vurğulayıb ki, Amerika potensial təhlükələrə qarşı mübarizə aparmaq üçün müdafiə qabiliyyətini gücləndirməyə davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pentaqon rəhbəri Pete Heqset bildirib ki, Birləşmiş Ştatlar dövlətlər arasında münaqişə baş verəcəyi təqdirdə Çinə qarşı hərbi qüvvə yaratmaq üzərində işləyir.

“Fox News” ilə söhbətində o qeyd edib ki, Vaşinqton kommunist Pekinin motivlərini və imkanlarını başa düşür.

Bu baxımdan, Birləşmiş Ştatlar gələcək üçün münaqişəni cilovlaya biləcək hərbi qüvvənin yaradılmasını təmin edir.

Bunu deyən Müdafiə Nazirliyinin rəhbəri, ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə əla münasibətləri olduğunu bir daha xatırladıb.

Heqset vurğulayıb ki, Amerika potensial təhlükələrə qarşı mübarizə aparmaq üçün müdafiə qabiliyyətini gücləndirməyə davam edir.

Qeyd edək ki, bundan əvvəl Çin hakimiyyəti ABŞ şirkətlərinə ixrac nəzarətini dayandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə