Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Mayın 30-u və 31-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə" festivalı keçiriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, festival çərçivəsində muxtar respublikanın şəhər və rayonları tərəfindən hazırlanacaq stendlərdə bölgələrin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar, tarixi-mədəni irs və turizm potensialı qonaqlara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə